» » Somalidə prezident sarayında güclü partlayış olub

Somalidə prezident sarayında güclü partlayış olub

Somalidə prezident sarayında güclü partlayış olub
Somalinin paytaxtı Moqadişoda güclü partlayış olub.

Bu barədə ucarliyiq.biz "Reuters"ə istinadən xəbər verir.

İlkin məlumata görə, hadisə prezident sarayının yaxınlığında baş verib. Partlayıcı qurğu yerləşdirilmiş avtomobil partladılıb.

Partlayış nəticəsində yaxınlıqdakı iki hotelə ziyan dəyib.

Partlayışdan sonra atışma səsləri eşidilib.