» » Zəvvarlarımız Mədinədən Məkkəyə yola düşürlər

Zəvvarlarımız Mədinədən Məkkəyə yola düşürlər

Zəvvarlarımız Mədinədən Məkkəyə yola düşürlər

"Bu gün Azərbaycanlı zəvvarların bir qismi Məkkə şəhərinə yola düşəcəklər. Digər bir qismi isə axşam namazını qılıb Şəcərə məscidindən Məkkəyə gedəcəklər".
Bunu ANS PRESS-ə açıqlamasında Azərbaycanlı zəvvarların qrup rəhbəri Hacı Həmdullah Babayev bildirib. Onun sözlərinə görə, bu yolla sentyabrın 15-də səhər sübh namazı ərəfəsində Ümrənin 5 vacib əməli yerinə yetirilib ehramdan çıxılacaq.
"Yəni ki, artıq ehram paltarı çıxarılacaq və ayın 22-si və 23-ü Ərəfata qədər adi paltarda ziyarətimizi edəcəyik. Sonra Qurban bayramı gününə biz, inşallah, Ərəfat dağına çıxacağıq", - deyə Hacı Həmdullah bildirib.
Zəvvarlarımız Mədinədən Məkkəyə yola düşürlər

Səudiyyə Ərəbistanı, Məkkə şəhəri
Azərbaycanlı zəvvarların ilk qrupu bir neçə gün əvvəl Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınıblar. Onlar təlimatlar keçiriləndən sonra 40-50 nəfərlik qruplara bölünüblər.
Sentyabrın 15-nə qədər Azərbaycandan 2 min 400 zəvvar xüsusi təyyarələrlə müqəddəs şəhərə yola düşərək Mədinə şəhərindən ziyarətlərini başlayıblar. Məkkədə bütün vacib əməlləri yerinə yetirəndən sonra sentyabrın 29-dan etibarən hacılar geri qayıtmağa başlayacaqlar. Geri dönüş oktyabr ayının əvvəlinə kimi davam edəcək.