» » Estoniya parlamentində səsvermənin ikinci turunda yenə prezident seçilməyib

Estoniya parlamentində səsvermənin ikinci turunda yenə prezident seçilməyib

Estoniya parlamentində səsvermənin ikinci turunda yenə prezident seçilməyib
Estoniya parlamentində bu gün keçirilən səsvermənin ikinci turunda yenə prezident seçmək mümkün olmayıb.

ucarliyiq.biz RİA "Novosti"yə istinadən xəbər verir ki, üç namizəddən heç biri qələbə üçün zəruri olan səs sayı toplaya bilməyib.

Bir neçə saat sonra səsvermənin üçüncü mərhələsi keçiriləcək. Bu mərhələdə namizədlərin sayı 2 olacaq: hakim Sosial Demokrat Partiyası (SDP) və İslahatlar Partiyası Koalisiyasının dəstəklədiyi Avropa Komissiyasının sabiq vitse-prezidenti Siym Kallas və ikinci turda ən çox səs toplayan, mərkəzçi müxalifət partiyasının parlament fraksiyasının sədr müavini Maylis Reps.

Xatırladaq ki, dünən keçirilən səsvermənin ilk turunda deputatlar yeni prezidenti seçə bilməmişdi. Parlamentdə keçirilən gizli səsvermədə prezidentliyə namizəd deputatların üçdə ikisinin və ya 101 deputatdan azı 68-nin səsini qazanmalıdır.