» » Kəbədə ölənlərə şəhid statusu verildi (FOTO, VİDEO)

Kəbədə ölənlərə şəhid statusu verildi (FOTO, VİDEO)

Kəbədə ölənlərə şəhid statusu verildi (FOTO, VİDEO)

Səudiyyə Ərəbistanının Məkkə şəhərində yerləşən müqəddəs Kəbədə 107 nəfərin ölümü, 238 nəfərin yaralanması ilə nəticələnən faciə zamanı dünyasını dəyişənlərə xüsusi status verildi. Ucarliyiq.biz xəbər verir ki, “Haber7.com” saytı Səudiyyə Ərəbistanı Həcc və Ümrə nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı vəfat edənlər şəhid sayılacaq. Bildirilib ki, bir zəvvar Kəbə yolunda qəza nəticəsində vəfat edərsə şəhid sayılır. Həmçinin onların cənazə namazları üzləri açıq şəkildə qılınır və Məkkə şəhərindəki Musayim qəbristanlığında dəfn olunurlar.
Kəbədə ölənlərə şəhid statusu verildi (FOTO, VİDEO)

Kəbədə ölənlərə şəhid statusu verildi (FOTO, VİDEO)

Bundan başqa nazirlik Həcc ziyarətinin davam edəcəyini də açıqlayıb.
Ötən cümə günü Məkkə şəhərindəki Məscidi Haram ərazisində ərazidəki təmir işləri üçün istifadə olunan kranlardan birinin aşması nəticəsində Həcc ziyarətində olan 107 zəvvar dünyasını dəyişib, 238 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Artıq vəfat edən bir çox zəvvarın şəxsiyyəti müəyyənləşib və cənazə namazları qılınaraq dəfn olunmağa başlayıb.
Kəbədə ölənlərə şəhid statusu verildi (FOTO, VİDEO)

Kəbədə ölənlərə şəhid statusu verildi (FOTO, VİDEO)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidməti faciə zamanı heç bir azərbaycanlı zəvvarın ölmədiyini və xəsarət almadığını, hadisə günü həmvətənlərimizin Mədinədə olduğunu açıqlamışdı.
Kəbədə ölənlərə şəhid statusu verildi (FOTO, VİDEO)

Faciədən sonra hadisə yerinə gedən Səud kralı Salman bin Abdüləziz jurnalistlərə verdiyi açıqlamada qəza barədə istintaq başladıldığını, baş vernlərə görə məsuliyyət daşıyanların cəzalandırılacağını bildirib:
“Şəhidlərimizə Allah rəhmət eləsin və qohumlarının başı sağolsun. Hadisənin səbəblərini və səhlənkarlıq edənləri araşdırırıq.”
Hadisə yerindən ayrılan Salman bin Abduləziz xəsarət alan zəvvarları xəstəxanada ziyarət edib.
Kəbədə ölənlərə şəhid statusu verildi (FOTO, VİDEO)

Diyanət sədrinin müavini Ekrem Keleş Məscidi Haramda vəfat edənlərin ailələrindən heç birinin ölənlərin başqa yerdə dəfn olunmasını istəməyəcəyini, dünyasını dəyişənlərin Məkkədə torpağa tapşırılacağını bildirib. Kəbənin bağlanmasının mümkün olmayacağını deyən Keleş tarix boyu burada tavafın heç dayanmadığını, amma lazımlı tədbirlərin görülməsinin labüd olduğunu deyib. Diyanet rəsmisi həmçinin Məscidi Haramda tikintinin bu il başa çatacağını qeyd edib.

Qəzanı əks etdirmək üçün hazırlanmış animasiya filmi