» » ABŞ-ın Qırğızıstandakı səfirliyi vətəndaşlarını küçəyə çıxmamağa çağırıb

ABŞ-ın Qırğızıstandakı səfirliyi vətəndaşlarını küçəyə çıxmamağa çağırıb

ABŞ-ın Qırğızıstandakı səfirliyi vətəndaşlarını küçəyə çıxmamağa çağırıb
ABŞ-ın Qırğızıstandakı səfirliyi bu ölkədə yaşayan bütün vətəndaşlarını əlavə məlumat verilənə qədər təhlükəsiz yerə sığınmağa və küçəyə çıxmamağa çağırıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə səfirliyin bəyanatında bildirilib.

"ABŞ səfirliyi bütün amerikalılara əlavə məlumat verilənə qədər təhlükəsiz yerə sığınmağı tövsiyə edir. ABŞ vətəndaşlarını yerli KİV-də gedən məlumatlara diqqət yetirməyə və Qırğızıstanın dövlət və hüquq-mühafizə orqanlarının nümayəndələrinin bütün təlimatlarına riayət etməyə çağırırıq", - bəyanatda deyilir.

Xatırladaq ki, Qırğızıstan paytaxtı Bişkekdə bu gün səhər saatlarında Çin səfriliyinin binasının qarşısında partlayış olub. Ölkənin baş nazirinin müavini Jeniş Razakovun bildirdiyinə görə, partlayışı terrorçu-kamikadze həyata keçirib. Hücum nəticəsində terrorçunun özü ölüb, səfirliyin mühafizəçiləri - Qırğızıstan vətəndaşları xəsarət alıb. Çin diplomatlarından heç kim xəsarət almayıb.