» » Misirdə İŞİD liderlərindən biri, Suryada isə terror qruplaşmasının sözçüsü məhv edilib

Misirdə İŞİD liderlərindən biri, Suryada isə terror qruplaşmasının sözçüsü məhv edilib

Misirdə İŞİD liderlərindən biri, Suryada isə terror qruplaşmasının sözçüsü məhv edilib
Misir ordusunun pilotsuz təyyarəsi İŞİD-in Sinay yarımadasındakı liderlərindən birini məhv edib.

ucarliyiq.biz-in məlumatına görə, bu barədə "Məsr əl-Ərəbiyyə" saytı Misirin güc strukturlarındakı mənbəyə istinadən xəbər yayıb.

"Pilotsuz təyyarə Rafah şəhərində, əl-Məsurə kəndi yaxınlığında sükanı arxasında döyüşçünün əyləşdiyi avtomobili atəşə tutub. Nəticədə yaraqlı öldürülüb, maşın məhv edilib" – deyə məlumatda deyilir.

Nəşrin məlumatına görə, sonradan məlum olub ki, öldürülən şəxs İŞİD-ə sədaqət andı içmiş terrorçu Naqeh Salami Burakdır.

"BBC"-nin yaydığı məlumata görə isə, daha bir İŞİD fəalı Suriyanın Hələb şəhərində məhv edilib. Bu, terror qruplaşmasının sözçüsüsü Əbu Mühəmməd əl-Adnanidir. Onun öldürülməsi xəbərini terrorçulara məxsus kütləvi informasiya vasitələri də təsdiqləyiblər.