» » Fransanın iqtisadiyyat naziri istefa verib

Fransanın iqtisadiyyat naziri istefa verib

Fransanın iqtisadiyyat naziri istefa verib
Fransanın iqtisadiyyat naziri Emmanuel Makron vəzifəsindən istefa verib.

ucarliyiq.biz "Anadolu" agentliyinə istinadən xəbər verir ki, o, istefa qərarını Fransa prezidenti Fransua Ollandla görüşdən sonra açıqlayıb.

Rəsmi açıqlamada bildirilir ki, prezident Fransua Olland 2014-cü ilin avqustundan bu günə kimi layiqli xidmətlərinə görə Emmanuel Makron təşəkkür edib və bu vəzifəyə Maykl Sapini təyin edib.

Emmanuel Makron özü isə prezident seçkilərində namizədliyini irəli sürəcəyini bildirib və ölkə başçısı vəzifəsinə seçiləcəyi təqdirdə Fransanın dəyişməsi üçün hər şeyi etməyə hazır olduğunu deyib.

Qeyd edək ki, Emmanuel Makronun istefaya gedəcəyi haqda xəbərlər artıq bir neçə həftə idi ki, ölkə mətbuatının gündəmində idi.

O, bu vəzifəyə 2014-cü ilin avqustunda təyin olunub.