» » Türkiyədə əsgərlər arasında kütləvi dava baş verib, 1-i ağır olmaqla 10 nəfər yaralanıb

Türkiyədə əsgərlər arasında kütləvi dava baş verib, 1-i ağır olmaqla 10 nəfər yaralanıb

Türkiyədə əsgərlər arasında kütləvi dava baş verib, 1-i ağır olmaqla 10 nəfər yaralanıb
Türkiyənin Karabük vilayətinin Safranbolu rayonunda jandarm alayında əsgərlər arasında kütləvi dava baş verib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, kütləvi dava alayın yeməkxanasında baş verib. Belə ki, 30 əsgər arasında yaranmış mübahisə sonradan kütləvi davaya çevrilib.

Vəziyyətin daha da ciddiləşdiyini görən növbətçi gizir havaya atəş açmaqla onlardan sakitləşmələrini tələb edib.

Kütləvi dava zamanı 1-i ağır olmaqla 10 əsgər yaralanıb.

Yaralılar xəstəxanalara yerləşdirilib.