» » Ermənistanda hərbi hissə rəhbərliyinə benzin və ərzaq oğurluğu ilə əlaqədar cinayət işi açılıb

Ermənistanda hərbi hissə rəhbərliyinə benzin və ərzaq oğurluğu ilə əlaqədar cinayət işi açılıb

Ermənistanda hərbi hissə rəhbərliyinə benzin və ərzaq oğurluğu ilə əlaqədar cinayət işi açılıb
Ermənistanda "N" saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Rudik Qriqoryan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

ucarliyiq.biz-in məlumatına görə, bu barədə "News.am" məhkəmə departamentinin mətbuat xidmətinə istinadən xəbər yayıb.

Məlumata görə, polkovnik-leytenant Rudik Qriqoryan öz müavini, mayor Levon Qabrielyana hərbi hissənin avtomobil nəqliyyatının balansında olan xərclərini gizlətmək üçün guya daha çox benzindən istifadə olunduğunu sənədləşmə işlərində qeyd etməyi tapşırıb.

Nəticədə 3 mln. 962 min dram məbləğində benzin sənədlərə əsassız şəkildə yazılıb. Bundan başqa, hərbi hissəyə gətirilmiş quru süd və balıq konservlərinin də yoxa çıxması məlum olub.

Rudik Qriqoryana qarşı Cinayət Məcəlləsinin 375-ci və 314-cü maddələrinin müvafiq bəndləri üzrə ittihamlar irəli sürülüb.

Eyni iş üzrə adı keçən hərbi hissənin zabiti Makiç Adamyana da qarşı Cinayət Məcəlləsinin 314-ci və 375-ci maddələri üzrə ittihamlar irəli sürülüb. Hər üç şəxsdən başqa yerə getməmək haqqında iltizam alınıb və onlar məhkəməyə qədər sərbəst buraxılıblar.

İş məhkəməyə göndərilib