» » Obama "Wired" jurnalının noyabr nömrəsinin redaktoru olacaq

Obama "Wired" jurnalının noyabr nömrəsinin redaktoru olacaq

Obama "Wired" jurnalının noyabr nömrəsinin redaktoru olacaq
ABŞ prezidenti Barak Obama "Wired" Amerika jurnalının noyabr nömrəsinin redaktoru olacaq.

ucarliyiq.biz xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, bu, ABŞ tarixində vəzifə səlahiyyətlərini icra etməkdə olan prezidentin jurnal redaktoru kimi çalışması baxımından ilk hadisədir. Jurnalın noyabr nömrəsinin mövzusu "İmkanların sərhədləri" adlanır.

"Biz müasir texnologiyaların siyasi rəhbərliyə təsir göstərə bilməsi üzərində baş sındırmaq istəyirik. Obamadan başqa kim bizə bu ideyaları araşdırmaq işində daha yaxşı kömək edə bilər? – deyə "Wired"in baş redaktoru Skott Dadiç bildirib.