» » Yaponiyada "Layonrok" qasırğası 9 nəfərin həyatına son qoyub

Yaponiyada "Layonrok" qasırğası 9 nəfərin həyatına son qoyub

Yaponiyada "Layonrok" qasırğası 9 nəfərin həyatına son qoyub
Yaponiyanın İvate prefekturasının "Layonrok" qasırğası səbəbindən su basmış İvaidzumi şəhərindəki köhnə evdə 9 təqaüdçünün meyiti tapılıb.

ucarliyiq.biz "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə prefektura polisi məlumat yayıb.

Köhnə evdə dünyasını dəyişmiş şəxslərin ölüm səbəbi hələlik açıqlanmır. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.

Bundan əvvəl məlum olub ki, təbii fəlakət zamanı su basmış qonşu Kudzi şəhərində də bir qadının cəsədi tapılıb.

Ümumilikdə "Layonrok" qasırğası səbəbindən 110-dan çox daxili aviareyslər, yüzlərlə məktəbdə dərslər təxirə salınıb və yerli sakinlər təxliyə olunub.