» » KXDR-in təhsil nazirinin müavini edam olunub

KXDR-in təhsil nazirinin müavini edam olunub

KXDR-in təhsil nazirinin müavini edam olunub
Koreya Xalq Demokratik Respublikasının (KXDR) təhsil nazirinin müavini Kim En Ci bu yaxınlarda edam olunub.

ucarliyiq.biz-in məlumatına görə, bu barədə "Renhap" agentliyi Cənubi Koreyanın rəsmisi Çon Çjun Hiyə istinadən xəbər yayıb.

Məlumata görə, o, "biz belə bir məlumat var", - deyə qeyd edib. Lakin Çon Çjun Hi hər hansı əlavə məlumat verməyib.

Çərşənbə axşamı Cənubi Koreyanın "Çunan ilbo" qəzeti KXDR-in daha iki yüksək vəzifəli məmurunun edamı barədə xəbər yayıb. Lakin bununla bağlı Şimali Koreya tərəfindən hər hansı rəsmi açıqlama verilməyib.