» » Donald Tramp Meksika prezidenti ilə görüşmək niyyətindədir

Donald Tramp Meksika prezidenti ilə görüşmək niyyətindədir

Donald Tramp Meksika prezidenti ilə görüşmək niyyətindədir
Antiimmiqrant baxışları ilə tanınan ABŞ prezidentliyinə namizəd Donald Tramp Meksika prezidenti Enrike Penya Nyeto ilə görüşməyi planlaşdırır.

Bu barədə ucarliyiq.biz BBC-yə istinadən xəbər verir.

"Prezident Enrike Penya Nyetonun dəvətini qəbul etdim və onunla görüşü səbirsizliklə gözləyirəm", - deyə D.Tramp "Twitter" səhifəsində yazıb.

Xatırladaq ki, D.Tramp seçki kampaniyasının əvvəlində ilk olaraq Meksikadan qanunsuz immiqrasiya məsələsini müzakirəyə çıxarmışdı. Özü də o, bu ölkəni ABŞ-a narkotik tacirləri və təcavüzkarları göndərməkdə ittiham etmişdi.

Elə həmin vaxt Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan D.Tramp hökuməti ABŞ-da yaşayan 11 milyon qanunsuz miqrantı kütləvi şəkildə deportasiya etməyə çağırmışdı. Lakin son illərdə o, bu barədə heç bir söz deməyib.

Qeyd edək ki, D.Trampın proqramının bəndlərindən biri də Meksika və ABŞ sərhədində Meksikanın vəsaiti hesabına divar ucaldılmasıdır.