» » Təyyarədə stüardessalara əl vurmayın (FOTO)

Təyyarədə stüardessalara əl vurmayın (FOTO)

Təyyarədə stüardessalara əl vurmayın (FOTO)

Səyahət zamanı müxtəlif minik vasitələrdən istifadə etsək də bir çoxumuz bu vasitələrdə nələrin toxunulmaz olduğunu bilmirik.
Ucarliyiq.biz xəbər verir ki, səyahət zamanı əsasən təyyarələrdə bəzi əşyalara və ya cihazıara toxunmaq olmaz. Xüsusilə təyyarədə uğursuz qəbul olunan sayda - 13 əşyaya toxunmaq məsləhət görülmür:
1.Müxtəlif qidaların qoyulduğu xidməti stola toxunmaq məsləhət görülmür. Arizona Universitetinin akademikləri xidməti stola qətiyyən toxunmamağı məsləhət görür. 2007-ci ildə bu xidmət stolları ilə bağlı test həyata keçrilib. Testin nəticələrinə görə, bu stolların üçdə ikisində təhlükəli bakteriyaların olduğu ortaya çıxıb. Təyyarə bələdçiləri həftədə bir dəfə bu stolları təmizlədiklərini bildirirlər. Sərnişinlərin xidməti stollardan istifadə etməzdən əvvəl bir dezinfeksiya spreyi ilə təmizləmələri məsləhət görülür.
Təyyarədə stüardessalara əl vurmayın (FOTO)

2. Təyyarədə kreslonun qollarına toxunmaq məsləhət görülmür. Belə ki, mütəxəsislər təyyarədəki kreslonun qollarının bakteriya yuvası ola biləcəyini söyləyiblər. Mütəxəssislər, bağırsaq bakteriyasının bu bölgələrdə 96 saat yaşaya bildiyinin sübut olunduğuna diqqəti çəkirlər. Mümkün olduğu qədər bu dayaqlara toxunmamaq məsləhət görülür.
Təyyarədə stüardessalara əl vurmayın (FOTO)

3. Təyyarədəki oturacaqların başlıqlarına toxunmaq da məsləhət görülmür. İnsanlar adətən təyyarədə ayaqyoluna gedərkən oturacaq başlıqlarına toxunaraq hərəkət edirlər. Hər ayaqyoluna gedən şəxsin əlini yumadığı ehtimalını da nəzərə alaq. Bu insanlar öz yerlərinə əyləşənə qədər oturacaq başına toxunaraq yerlərinə gedirlər. Bir çox xəstəliklərin insanlara oturacaq başlarından keçməsi hər kəsə məlum bir həqqiqətdir. Bu səbəblə oturacaq başlıqlarına toxunmaqdan qaçının və mümkünsə yerinizə qayıtdığınız an əllərinizi dezinfeksiya edən vasitələrlə təmizləyin.
Təyyarədə stüardessalara əl vurmayın (FOTO)

4. Ayaqyolundakı şifon düyməsi olan bölgəyə yalın əllə toxunmayın. Bu hissədə daha bağırsaq bakteriyaları çox olur. Adətən insanlar bu düyməni basdıqdan sonra əllərini yuyur. Bu bakteriyalar isə şifon düymələrində 48 saat yaşaya bilir. Bu səbəblə daha yaxşı olar ki, şifonu təmiz salfetka vasitəsi ilə toxunasınız.
Təyyarədə stüardessalara əl vurmayın (FOTO)

5. Unitaz qapaqları da bakteriyaların aktiv olduğu hissədir. Amerikada 2007-ci ildə təyyarədə olan unitaz qapaqlarında aparılan testin nəticəsində qapaqların yüzdə iyirmisində bağırsaq çöpləri tapılıb. Yalın əllərlə bu qapaqlar toxunmaq olmaz. Tualet kağızı ilə toxunmaq və istifadədən əvvəl dezinfeksiya eləmək mütləqdir.
Təyyarədə stüardessalara əl vurmayın (FOTO)

6. Təyyarədənin ayaqyolundakı kranlar da eyni cür bakteriya daşıyıcısıdır. Burdakı əlüzyuyanın çanağında da çoxlu bakteriya olduğu müşahidə olunub. Arizona Universitetində aparılan növbəti araşdırmada təyyarədəki əlüzyuyan çanaqlarının 30%-də bağırsaq çöpü olduğu aşkar olub. Bu kranlara salfetkalar vasitəsi ilə toxunmaq məsləhət görülür.
Təyyarədə stüardessalara əl vurmayın (FOTO)

7. Ayaqyolu qapısının dəstəyinə də yalın əllə toxunmaq olmaz. Əllərini yumayan insanlar qapının tutacağına bakteriya ötürürlər. Bu səbəblə quru salfetka ilə qapının tutacağından salfetka ilə tutmaq daha məqsədə uyğundur. Əllərinizi dezinfeksiya edəndən sonra üz nahiyənizə əllərinizi vurmamağınız məsləhət görülür.
Təyyarədə stüardessalara əl vurmayın (FOTO)

8. Oturacağın arxa cibləri də ən çox bakteriya olan bölmələrdən biridir. Ən təhlükəlisi isə məhz bu ciblərdəki jurnallardır. Bu hissə daha çox çirkli salfetkalar vasitəsi ilə doldurulur. Bu ciblər çox dezinfeksiya olunmur. “Healthline“ səhiyyə jurnalı bu ciblərdə MRSA bakteriyasının 168 saat yaşadığını yazıb. Bu səbəbdən mümkünsə bu ciblərə çox toxunmayın.
Təyyarədə stüardessalara əl vurmayın (FOTO)

9. Ədyallar və yastıqlar da bu sıraya daxil olub. Təyyarə bələdçiləri sərnişinlərə verilən yastıq və ədyalların çox təmizlənmədiyini iddia edirlər. Xüsususilə təyyarə bir gündə bir neçə istiqamətdə uçursa bu mümkün olmur. Bu səbəblə istifadəçilər ədyallara mikroblar ötürə bilər. Bu səbəblə mümkünsə öz ədyalınızı və balıncınızı səyyahət zamanı yanınızda olsa daha yaxşı olar.
Təyyarədə stüardessalara əl vurmayın (FOTO)

10. Plastik qablardakı içməli su da sərnişinlər üçün təhlükə törədə bilər. Təyyarədə mümkün qədər açıqda olan suyu içməyin. Yalnız şüşədəki sudan için. Çünki təyyarədə istifadə olunan içməli su ilə digər suyun xətti eyni ola bilər. Ən yaxşısı təyyarəyə əyləşdikdən sonra ağzı bağlı su alıb içmək ola bilər.
Təyyarədə stüardessalara əl vurmayın (FOTO)

11. Oturacağın kəmərində də təhlükəli bakteriyar var. Hər bir vətəndaş tərəfindən istifadə olunan bu kəmərlərdə də bakteriyaların olduğu iddia edilir. Bu səbəblə kəmərinizi tez-tez taxıb çıxarmaq yerinə, uçuş zamanı kəmərinizi bağlı saxlayın.
Təyyarədə stüardessalara əl vurmayın (FOTO)

12. Təcili çıxış qapısının açılma mexanizmi sərnişinlər üçün qadağandır. Adından da göründüyü kimi bu qapılara təcili vəziyyətlərdə toxunmaq olar. Çində 2014-cü ilin yanvar ayında bir sərnişin təyyarənin qalxacağı an bu qapını açamağa çalışıb. Hər kəs qorxu içində olan zaman təyyarə əməkdaşları hadisəyə vaxtında müdaxilə ediblər. Bu sərnişinin ilk dəfə təyyarəyə minməyi aydın olub.
Təyyarədə stüardessalara əl vurmayın (FOTO)

13. Siyahının sonunda Təyyarə Bələdçiləri göstərilib. Xarici mətbuat bununla bağlı bir maraqlı satira hazırlayıb. "Hərçənd Təyyarə bələdçiləri yuxarıda sadalananlar kimi hər hansı bir əşya deyil, amma xüsusilə kişi sərnişinlər onlara toxunmamalıdır. Xarici mətbuat Təyyarə bələdçilərinə toxunmaq əvəzinə evdə yoldaşlarına toxunmaları tövsiyə edib.
Təyyarədə stüardessalara əl vurmayın (FOTO)