» » Azərbaycanda dünyanın ən nəhəng təndiri (FOTO)

Azərbaycanda dünyanın ən nəhəng təndiri (FOTO)

Azərbaycanda dünyanın ən nəhəng təndiri (FOTO)

Azərbaycanın cənub qapısı sayılan Astaranın adı tezliklə Ginnesin rekordlar kitabına dünyanın ən nəhəng, ən böyük təndirinin ucaldığı məkan kimi düşə bilər.
Ucarliyiq.biz xəbər verir ki, artıq bu barədə rayon rəsmiləri təşkilat komitəsinə də müraciət edib. Adı sehirli təndir olan bu unikal tikili Astara park bulvarının ərzisində inşa edilib. Müxtəlif növ təndir çörəkləri hazırlanacaq nəhəng təndir təkcə Astaranın deyil, bütün cənub bölgəsinin, cənub mətbəxinin simvolu kimi nəzərdə tutulub.
Təndirdə inşaat işlərinin bu ayın sonuna kimi yekunlaşacağı deyilir. Tikilinin iş icraçısı İlqar Əliyev bildirir ki, təndirin diametri 12 m, hündürlüyü 6,5 m-dir. İçərisində ancaq təndir yeməkləri veriləcək təndir mətbəx funksiyasını daşıyacaq.
Burada hazırlanan talış mətbəxi nümunələrindən park bulvarda istirahət edənlər dada biləcək.
Azərbaycanda dünyanın ən nəhəng təndiri (FOTO)

Azərbaycanda dünyanın ən nəhəng təndiri (FOTO)