» » Qazaxıstanda terror hücumları planlaşdıran üç qruplaşmanın fəaliyyətinin qarşısı alınıb

Qazaxıstanda terror hücumları planlaşdıran üç qruplaşmanın fəaliyyətinin qarşısı alınıb

Qazaxıstanda terror hücumları planlaşdıran üç qruplaşmanın fəaliyyətinin qarşısı alınıb
Qazaxıstanda avqust ayının 12-dən 30-dək ölkə ərazisində terror hücumları planlaşdıran üç radikal qruplaşmanın fəaliyyətinin qarşısı alınıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) saytında məlumat verilib.

Axtarışlar zamanı odlu silah və döyüş sursatı, trotil, əldəqayırma partlayıcı qurğu, bıçaq, ekstremizmi təbliğ edən yazılı və audio materiallar, beynəlxalq terror təşkilatlarının atributları ələ keçirilib.

Hazırda qruplaşma üzvləri barəsində istintaq araşdırması gedir.