» » Turistlərə pulsuz xidmət göstəriləcək

Turistlərə pulsuz xidmət göstəriləcək

Turistlərə pulsuz xidmət göstəriləcək

"Bölgələrdə yaradılacaq turizm informasiya köşkləri turistlərin daha sıx olduğu yerlərdə quraşdırılacaq. Turizm İnformasiya Mərkəzlərinin nəzdində yaradılan bu köşklərdə xidmət ödənişsiz olacaq".
Bunu ANS PRESS-ə açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixməmmədov bildirib. Köşklərin göstərdiyi xidmət turistlərə regionun görməli yerləri haqqında məlumat verməkdən, səyahətlərinin səmərəli keçməsi üçün onları lazımi informasiya ilə təmin etməkdən ibarətdir.
Onun sözlərinə görə, pilot layihə olaraq ilk belə köşkün Lənkəranda yaradılması gözlənilir. "Daha sonra Turizm İnformasiya Mərkəzlərinin fəaliyyət göstərdiyi digər rayonlarda da belə köşklərin quraşdırılması gözlənilir", - deyə Vüqar Şixməmmədov əlavə edib.
Turistlərə pulsuz xidmət göstəriləcək

Turizm İnformasiya Mərkəzinin modeli
Azərbaycanda turizm imkanlarının daha geniş şəkildə təbliğ edilməsi və turistlərin cəlb edilməsi məqsədilə turizm məhsullarının, marşrutlarının yaradılması, bu sahədə xidmətlərin göstərilməsi üçün 15 Turizm İnformasiya Mərkəzləri yaradılıb.
Həmin mərkəzlər Bakı, Naxçıvan, Xaçmaz, Quba, Şamaxı, Zaqatala, Qəbələ, İsmayıllı, Bərdə, Qusar, Gəncə, Şəki və Lənkəran, Mingəçevir, Şəmkirdə fəaliyyət göstərir.