» » Avropanın ən hündür zirvəsi kiçilir (VİDEO)

Avropanın ən hündür zirvəsi kiçilir (VİDEO)

Avropanın ən hündür zirvəsi kiçilir (VİDEO)

Monblan (Mont Balnc) dağının hündürlüyü son 2 il ərzində 1.3 metr “alçalıb”. Ucarliyiq.biz-inməlumatına görə buna, dağın zirvəsindəki buz qatının əriməsi səbəb olub. Ekspertlər buz qatının əriməsini qlobal istiləşmə ilə əlaqələndirirlər. Dağın ən hündür zirvəsi 4808 metr təşkil edir ki, bu da Avropda ən hündür zirvədir.
Fransa prezidenti Fransua Oland qlobal iqlim dəyişikliyi sammiti ərəfəsində beynəlxalq ictimaiyyəti qlobal istiləşmənin qarşısını almaq üçün ciddi tədbirlər görməyə çağırıb. Oland bildirib ki, istiləşmənin qarşısını almaq insanların həyat səviyyəsini yüksəltməsi üçün vacib şərtdir. “Bəyanatlar səsləndirməklə işlər yoluna düşmür, biz hərəkət etməli, qərarlar qəbul etməli və iradə nümayiş etdirməliyik. Risklə qarşı-qarşıya olan insanların həyat səviyyəsi deyil, həyat özüdür” - Oland deyib.