» » ABŞ kasset bombası istehsalını dayandırır

ABŞ kasset bombası istehsalını dayandırır

ABŞ kasset bombası istehsalını dayandırır
ABŞ-ın kasset bombası istehsal edən sonuncu zavodu tənzimləyici orqanlar və sifarişlərin azalmasını səbəb gətirərək silahın bu növünün hazırlanmasını dayandırır.

ucarliyiq.biz xəbər verir ki, bu barədə "Foreign Policy" jurnalı yazıb.

"Kasset bombaları istehsalının dayandırılmasına dair qərar mövcud məhdudiyyətlər və məhsula olan sifarişlərin azalması ilə əlaqədar qəbul edilib", - deyə nəşr "Textron Systems" firmasının mətbuat katibi Metyu Kolpitsin sözlərini sitat gətirir.

Jurnalın yazdığına görə, firma bu qərarı Ağ evin cari ilin may ayında Səudiyyə Ərəbistanına kasset bombaları tədarükünə veto qoymasının ardından qəbul olunub.