» » Zəlimxan Yaqubun səhhəti pisləşdi

Zəlimxan Yaqubun səhhəti pisləşdi

Zəlimxan Yaqubun səhhəti pisləşdi

Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun səhhəti pisləşib.
Bu barədə ANS PRESS-ə Zəlimxan Yaqub özü məlumat verib. Xalq şairinin sözlərinə görə, səhhətində yaranan problemlə əlaqədar o, Mərkəzi Kliniki Xəstəxanasına yerləşdirilib.
"Səhhətim qəflətən pisləşdi. Döş qəfəsimdə kəskin ağrılar vardı. Yaxınlarım məni Mərkəzi Klinik Xəstəxanaya apardılar", deyə Zəlimxan Yaqub bildirib.
Xalq şairi 4 gün xəstəxanada həkim nəzarəti altında müalicə alıb. Bu gün evə buraxıldığını deyən Zəlimxan yauqb müalicəsini evdə davam etdirəcəyini dedi.
Zəlimxan Yaqub 2012-ci ilin əvvəlində Almaniyada cərrahiyyə əməliyyatı keçirib. Əməliyyat zamanı xalq şairinin hər iki böyrəyi çıxarılıb. Müxtəlif ölkələrdə müalicə alan şairin müalicəsi dövlət tərəfindən maliyyələşdirilib.