» » Tereza Mey: "Böyük Britaniyanın Aİ-dən çıxışı ilə bağlı ikinci referendum olmayacaq"

Tereza Mey: "Böyük Britaniyanın Aİ-dən çıxışı ilə bağlı ikinci referendum olmayacaq"

Tereza Mey: "Böyük Britaniyanın Aİ-dən çıxışı ilə bağlı ikinci referendum olmayacaq"
"Brexit" üzrə ikinci referendum olmayacaq. Birləşmiş Krallıq Avropa İttifaqı xaricində açılan imkanlara diqqət yetirməlidir".

ucarliyiq.biz BBC-yə istinadən xəbər verir ki, bu sözləri Böyük Britaniyanın nazirləri ilə görüşündə baş nazir Tereza Mey deyib.

Britaniya hökuməti ilk dəfə əhalinin Aİ-dən çıxışa səs verdiyi iyun referendumunun nəticələrini müzakirə etmək üçün görüş keçirib.

Tereza Meyin sözlərinə görə, Birləşmiş Krallıq Aİ-nin qanadlarının arxasında dayanmayacaq. Baş nazir Böyük Britaniyanın dünyadakı yeni rolunda gələcəkdə uğurlar qazanacağına əminliyini vurğulayıb.

T.Mey Aİ ilə danışıqların bu il başlamayacağını da sözlərinə əlavə edib.