» » Malayziyada "Zika" virusuna ilk yoluxma halı aşkarlanıb

Malayziyada "Zika" virusuna ilk yoluxma halı aşkarlanıb

Malayziyada "Zika" virusuna ilk yoluxma halı aşkarlanıb
Malayziyada "Zika" virusuna ilk yoluxma halı aşkarlanıb. Yoluxan xəstə isə daha əvvəl Sinqapura getmiş qadındır.

"Report "Reuetrs"ə istinadən xəbər verir ki, bu barədə Malayziya Səhiyyə Nazirliyindən bildiriblər.

Bundan əlavə, onun Sinqapurda olan qızında da virus testi müsbət nəticələnib.

Son məlumatlara görə, Sinqapurda "Zika" virusuna yoluxmuş insanların sayı 115 nəfərə çatıb. Sinqapur Səhiyyə Nazirliyi virusa yoluxma üzrə yeni halların aşkarlanacağını gözləyir.

"Zika" virusu meymunlarda müşahidə edilən kəskin yoluxucu xəstəlikdir. O, bəzən ağcaqanadlar vasitəsilə insana da keçir. Virusun əsas əlamətləri yüksək qızdırma, baş ağrısı, gözlərdə qızarma, qusma, səpmə, əzələ və oynaq ağrıları daxildir. Virus hamilə qadınlar üçün daha çox təhlükəli sayılır. Belə ki, o, hələ doğulmamış körpənin beynində kiçilmə və fəsadlara, hətta ölümə belə yol aça bilər.