» » Həcc ziyarətinə start verildi (VİDEO)

Həcc ziyarətinə start verildi (VİDEO)

Həcc ziyarətinə start verildi (VİDEO)

Azərbaycandan Həcc ziyarətinə yola düşəcək zəvvarlar artıq qruplara bölünüb.
Qafqaz Müsəlmanları İdarəsindən ANS TV-yə verilən məlumata görə, ziyarət üçün uçuşlar sentyabrın 11-də başlayacaq və son uçuş sentyabrın 15-də gerçəkləşəcək.
Uçuşların ilk və son günündə yalnız “VİP zəvvarlar” üçün ayrılmış təyyarələr uçacaq. Zəvvarlar 50 qrupa bölünüblər və hər qrup 45-50 zəvvardan ibarətdir.
Uçuşlar qruplar üzrə olacaq. Artıq Həcc ziyarətinə sənəd qəbulu başa çatıb.
Bu il Azərbaycana 2400 zəvvar yeri ayrılıb və yerlər dolub.