» » Mantu sınağı nə zaman vacib olur? (VİDEO)

Mantu sınağı nə zaman vacib olur? (VİDEO)

Mantu sınağı nə zaman vacib olur? (VİDEO)

Sağlamlığımızı qoruyan əsas amillərdən biri peyvəndləmə prosesidir. Tibbdə mantu sınağı adlanan prosedurun aparılmasından çoxları indi imtina edir.
Əksər insanlar bu sınağı peyvənd kimi dərk edirlər. Lakin mantu sınağı peyvənd deyil. Bu sınağın əsas vəzifəsi insan orqanizmində vərəm infeksiyasının erkən aşkar edilməsidir.
Mantu sınağı bir çox hallarda 1-18 yaş qrupu arasında keçirilir. Məsələ burasındadır ki, bir qrup insanlar bu prosedurdan qorxur. Həkimlərin fikrincə, mantu sınağı insan orqanizmi üçün tam təhlükəsiz sayılır. Çox az hallarda bu sınaq allergik reaksiya verə bilər.
Sahə həkimi Arzu Əliyeva bildiri ki, mantu sınağıdan qorxmaq lazım deyil: “Bəzən analar - uşağım öskürürdü mantu sınağı qoydular bu, düzgün deyildi niyə vurdular. Əksinə valideynlər bilməlidirlər ki, mantu sınağını xəstə uşağa da vurmaq olar. Əslində mantu vurulmalıdır. Məhz mantu sınağının əsas məqsədi də xəstəliyin səbəbini öyrənməkdir”.
Şəhər sakinləri arasında da mantu sınağının keçirilib-keçirilməməsilə bağlı sorğu keçirdik, cavblar isə müxtəlif oldu.
Şəhər sakini Almaz Qəhrəmanova bildirir ki, indi hər kəs bir söz deyir. Biri deyir olar, digəri isə olmaz deyir. Biri deyir yaxşıdır, digəri isə qızdırma verir, gələcəyi pis olar deyir. Adam çıxılmaz vəziyyətdə qalır. Amma bütün bunlara baxmayaraq biz uşaqları uşaqkən mantu sınağı etdirmişik”.
Baş pediatr Nəsib Quliyevin sözlərinə görə, insanların mantu sınağı etdirmələri əslində vacibdir. Çünki bu zaman xəstəliyin əlamətləri tez üzə çıxır:
“Nazirlik tərəfindən qəbul olunmuş təlimata, yəni uşaqların icbari dispanserzasiyası qanuna müvaqiq olaraq, uşaqlar hər il kütləvi müayinədə keçirilir. Əgər uşaqlarda müayinə zamanı vərəm xəstəliyi şübhəsi yaranarsa, onda uşaqlar mantu sınağı qoyulması üçün müvafiq müəssisəyə göndərilirlər. Əgər şübhə yoxdursa, əslində mantu sınağı qoyulmur”.
Baş pediatr onu da bildirdi ki, bir neçə il öncə bütün uşaqlarda mantu sınağı məcburi olunurdu. İndi dünya təcrübəsinə əsasən bu prosedur könüllüdür.