» » İslam Kərimov sentyabrın 3-də dəfn olunacaq

İslam Kərimov sentyabrın 3-də dəfn olunacaq

İslam Kərimov sentyabrın 3-də dəfn olunacaq

Özbəkistan prezidenti İslam Kərimovun vəfatı ilə əlaqədar ölkədə 3 günlük matəm elan ediləcək. 

Ucarliyiq.biz-ın məlumatına görə, bu barədə Özbəkistan hökuməti və parlamentinin yaydığı rəsmi məlumatda deyilir.
 
Məlumatda bildirilir ki, İslam Kərimovun dəfn mərasimi sentyabrın 3-də Səmərqənddə baş tutacaq. 

Dəfn mərasiminin təşkili üzrə komissiyaya ölkənin baş naziri Şavkat Mirziyayev rəhbərlik edəcək.