» » Dünyada ən uzun şüşə körpüsü bağlandı

Dünyada ən uzun şüşə körpüsü bağlandı

Dünyada ən uzun şüşə körpüsü bağlandı

Çinin Xunan əyalətinin hökumət orqanları dünyada ən uzun və ən hündür şüşə körpüsünü müvəqqəti olaraq ziyarətçilər üçün bağlayıb. 

Bu barədə Ucarliyiq.biz BBC-yə istinadən xəbər verir. 

Tikintisinə 3,4 mln. dollar xərclənən 430 metr uzunluğu olan körpü iki həftə əvvəl Çjantzyatze Milli parkında açılıb və turistlərin böyük marağına səbəb olub. 

Rəsmilər körpünün bağlanmasını obyektin texniki xidməti üzrə təxirəsalınmaz işlərin aparılması ilə izah edirlər. 

Park administrasiyasının nümayəndəsi bildirib ki, şüşə körpüdə heç bir zədələnmə yoxdur, lakin körpüdən keçmək istəyən insanların sayı onun tutumundan on dəfə çox olub.

Körpü gündə 8 min ziyarətçi üçün nəzərdə tutulub.

ucarliyiq.biz