» » Putin və Ərdoğan Çində görüşəcəklər

Putin və Ərdoğan Çində görüşəcəklər

Putin və Ərdoğan Çində görüşəcəklər

Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Çinin Xançjou şəhərində G20 sammiti zamanı görüşəcək. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Məlumata görə, bu görüş ölkələr arasında münasibətlərin soyumasından sonra ikinci görüşdür. Dialoqun bərpasından sonra ilk görüş avqustun 9-da Peterburqda baş tutub. 

Prezidentin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib ki, Putin və Ərdoğan hər şeydən öncə Rusiya-Türkiyə əməkdaşlığının mərhələlərlə bərpası müzakirə ediləcək. Belə ki, bu dövr ərzində Moskva Ankaraya dair bir sıra sanksiyalar tətbiq edib. 

Bundan başqa müştərək strateji layihələrin həyata keçirilməsinin perspektivlərinin müzakirəsi planlaşdırılır. Bura münasibətlərin gərginləşməsindən və Qara dənizdə “Türk axını” qaz kəmərininin tikintisinin başlanmasından sonra sual altında qalan Türkiyənni ilk “Akkuyu” AES-in inşaatı daxildir. 

ucarliyiq.biz