» » Ərdoğan Putinə təşəkkür etdi

Ərdoğan Putinə təşəkkür etdi

Ərdoğan Putinə təşəkkür etdi

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə və Rusiya arasında çarter uçuşlarının bərpa olunmasına görə rusiyalı həmkarı Vladimir Putinə minnətdarlığını bildirib.  

Ucarliyiq.biz-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Putin Çində başlayan “Böyük iyirmilik” (G-20) sammiti çərçivəsində Ərdoğanla keçirdiyi görüşün əvvəlində birinci çarter reysinin sentyabrın 2-də baş tutduğunu xatırladıb.    

“Mən, ilk öncə, təşəkkür etmək istəyirəm. Bəli, həqiqətən, çarter uçuşları bərpa olunub, ilk reys dünən həyata keçirilib”, - deyə Ərdoğan bildirib.