» » Suriyada silsilə partlayışlar: Ölənlər var

Suriyada silsilə partlayışlar: Ölənlər var

Suriyada silsilə partlayışlar: Ölənlər var

Suriyanın iri şəhərlərində silsilə partlayışlar olub.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə ölkənin dövlət KİV-i məlumat yayıb. 

“Khaleejtimes” verdiyi məlumata görə, 18 nəfər ölüb, 45 nəfər müxtəlif xəsarətlər alıb. 

Yerli KİV-in məlumatına görə, Arzuna körpüsünün yaxınlığında iki partlayış olub.

“France-Press”in bildirdiyinə görə, orada maşında qoyulmuş bomba partlayıb. Daha sonra partlayışdan zərər çəkənlərə yardım etməyə insanlar toplaşıb, bu zaman terrorçu-kamikadze özünü partladıb.  

Üçüncü partlayış Dəməşqin qərbində baş verib. Homs şəhərində də içində bomba olan avtomobilin partladığı ehtimal edilir. “Assoşieyted Press” Əl-Hasaka şəhərində də partlayışın baş verdiyi barədə məlumat yayıb. 

Suriyanın İnsan haqlarının müdafiəsi mərkəzinin məlumatına görə, daha bir partlayış ölkənin şimali-şərqində Əl-Kamışlı şəhərində baş verib. 


ucarliyiq.biz