» » Türkiyənin baş naziri həlak olan hərbçilərin dəfnində iştirak edib

Türkiyənin baş naziri həlak olan hərbçilərin dəfnində iştirak edib

Türkiyənin baş naziri həlak olan hərbçilərin dəfnində iştirak edib

Türkiyənin Van əyalətində terror əleyhinə əməliyyatın gedişatında səkkiz hərbçi həlak olub.

Türkiyənin baş naziri Binəli Yıldırım terror əleyhinə əməliyyatın gedişatında həlak olan hərbçilərin dəfn mərasimində iştirak edib. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb. 

Məlumata görə, dəfn mərasimi bu gün səhər saat 04:30-da Van əyalətində jandarmeriya hissəsində keçirilib. 

Baş nazir ilə yanaşı, müavini Nürəddin Canikli və DİN rəhbəri Süleyman Soylu da dəfn mərasimində iştirak ediblər. 

Mərasim iştirakçıları həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Türkiyənin dövlət himni səsləndirilib.

Türkiyənin baş naziri həlak olan hərbçilərin dəfnində iştirak edib

ucarliyiq.biz