» » “Qafqaz-2016” komanda-qərargah təlimləri start götürüb

“Qafqaz-2016” komanda-qərargah təlimləri start götürüb

“Qafqaz-2016” komanda-qərargah təlimləri start götürüb

Təlimlərdə 12,5 minə yaxın hərbçi iştirak edir, aviasiya, hərbi texnika və gəmilər cəlb edilib.

Bu gün Cənub Hərbi Dairəsinin ərazisində “Qafqaz-2016” adlı strateji komanda-qərargah təlimi start götürüb. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Təlimlər komanda-qərargah kompleksinin yekun mərhələsidir. Təlimlər sentyabrın 5-dən 10-na kimi Cənub Hərbi Dairəsinin ərazisində yerləşən poliqonlarda, Qara dəniz və Xəzər dənizinin akvatoriyasında keçiriləcək. 

Təlimlərin gedişatında Quru Qoşunları, Hava-Kosmik Qüvvələri, Hərbi-Dəniz Donanması, Hava Desant Qüvvələrinin cəlb olunduğu təlimlərdə Silahlı Qüvvələrin döyüş hazırlığı yoxlanılacaq. 

Təlimlərdə ümumilikdə 12,5 minə yaxın hərbçi, aviasiya, döyüş texnikası və hərbi gəmi iştirak edir.

Cənubi, Qərbi və Mərkəzi hərbi dairələrin Şimali donanmanın, Quru Qoşunları, Hava-Kosmik Qüvvələri, Hərbi-Dəniz Donanması, Hava Desant Qüvvələrinin yoxlanılması zamanı yüksək hərbi hazırlıq səviyyəsinə gətirilməsi, onların uzaq məsafəyə köçürülməsi üzrə tədbirlər kompleksi həyata keçirilib. 

ucarliyiq.biz