» » Şimali Koreya üç ballistik raketin buraxılışını həyata keçirib

Şimali Koreya üç ballistik raketin buraxılışını həyata keçirib

Şimali Koreya üç ballistik raketin buraxılışını həyata keçirib

Raketlərin növü və məsafəsi hələlik müəyyənləşdirilməyib.

Şimali Koreya Yapon dənizi istiqamətində üç ballistik raketin buraxılışını həyata keçirib. 

Oxu.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə Koreya Respublikasının Qərargah rəislərinin komitəsi məlumat yayıb. 

“Şimal Hvanxe-Pukto əyalətinin Hvançju rayonundan yerli vaxtla saat 12:14-də (Bakı vaxtı ilə saat 07:14) üç ballistik raketin buraxılışını həyata keçirib”, - komitənin məlumatında deyilir. 

Raketlərin növü və məsafəsi hələlik müəyyənləşdirilməyib. 

Raketlərin buraxılışı ÇXR-in sədri Si Tszinpin Cənubi Koreya prezidenti Pak Kın He ilə G20 sammitinin çərçivəsində danışıqlar apardıqdan, o cümlədən də Şimali Koreya nüvə-raket problemi məsələsini də müzakirə etdikdən bir neçə saat sonra həyata keçirilib. 

ucarliyiq.biz