» » Rusiya və Ermənistan arasında diplomatik qalmaqal

Rusiya və Ermənistan arasında diplomatik qalmaqal

Rusiya və Ermənistan arasında diplomatik qalmaqal

Ermənistanın Rusiyadakı səfiri Oleq Yesayan ölkə vətəndaşı, politoloq, Qloballaşma və Regional Əməkdaşlıq üzrə Analitik Mərkəzin rəhbəri Stepan Qriqoryanın Rusiyadan çıxarılması ilə bağlı insidenti izah etməyi tələb edib.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə “Svoboda” radiosunun Ermənistan xidmətinə müsahibəsində ölkənin hakim Respublika partiyasının parlament fraksiyasının katibi Qaqik Melikyan bildirib.

“Düşünürəm ki, bu qadağa ilə bağlı rəsmi bəyanat verilməlidir, yalnız bundan sonra nə baş verdiyi haqqında qərar vermək olar. Ermənistanın Rusiyadakı səfiri izahat tələb edib. İzahat verildikdən sonra bəyanat verəcəyik”, - Q.Melikyan bildirib. 

Xatırladaq ki, Qloballaşma və Regional Əməkdaşlıq üzrə Analitik Mərkəzin rəhbəri Stepan Qriqoryanın 2030-cu ilə qədər Rusiyaya girişinə qadağa qoyulub. Bununla əlaqədar S.Qriqoryan Moskvanın “Şeremetyevo” hava limanına gəldiyi zaman saxlanılıb və Ermənistana deportasiya olunub. Politoloq onun siyasi motivlər əsasında saxlanıldığını bildirib. 


ucarliyiq.biz