» » Avropa Parlamentində Gürcüstan ilə bağlı səsvermə olacaq

Avropa Parlamentində Gürcüstan ilə bağlı səsvermə olacaq

Avropa Parlamentində Gürcüstan ilə bağlı səsvermə olacaq

Avropa İttifaqı Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğv edilməsi üçün yalnız prosedur məsələləri qalıb. 

ucarliyiq.biz “Sputnik Georgia”ya istinadən xəbər verir ki, bu barədə Avropa və Avroatlantik strukturlara inteqrasiya üzrə dövlət naziri David Bakradze bəyan edib. 

Bu gün Avropa Parlamentinin vətəndaş azadlığı, ədliyyə və daxili işlər (LIBE) komitəsində Gürcüstan ilə viza rejiminin ləğv edilməsinə dair səsvermə keçiriləcək. “Bir tərəfdən Gürcüstan, digər tərəfdən isə Avropa İttifaqı Gürcüstan əhalisinə verilmiş vədi yerinə yetirib. Viza rejiminin liberallaşması tezliklə əl çatan olacaq. Prinsipial qərar qəbul edilib. Bununla əlaqədar proseslərin başa çatması mühümdür”, - Bakradze deyib. 

Gürcüstanda Aİ-nin artıq yayda vizasız rejimin tətbiq ediləcəyinə ümid edirdilər, amma iyunun əvvəlində məsələnin baxılması kənara qoyulub. Bu qərara Almaniya, Fransa və İtaliya mane olub.  

ucarliyiq.biz