» » Qazaxıstanda 11 sentyabr hadisəsinə bənzər terror aktının qarşısı alınıb

Qazaxıstanda 11 sentyabr hadisəsinə bənzər terror aktının qarşısı alınıb

Qazaxıstanda 11 sentyabr hadisəsinə bənzər terror aktının qarşısı alınıb

Saxlanılan şəxslər Qazaxıstanın güc strukturlarının hərbi hissələrinə, yüksək vəzifəli əməkdaşlara hücum planlayırdılar.

Almatı regionunda terror törətmək məqsədi ilə təyyarə qaçırmağa cəhd edən ekstremistlər saxlanılıb.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi (MTK) məlumat yayıb. 

MTK-nın məlumatına görə, avqustun 18-də Qırğızıstan vətəndaşı və daha öncə məhkum edilmiş iki Qazaxıstan vətəndaşı saxlanılıb. 

Nazirlikdən bildiriblər ki, Qazaxıstan vətəndaşı “özünü partlatma arzusunu bildirib”.

“Böyük rezonansa nail olmaq üçün onlar insanların kütləvi toplaşdığı yerdə terror aktlarının həyata keçirilməsinin variantlarını nəzərdən keçirirdilər. Bundan başqa Taldı-Kurqan şəhərindəki aerodromda olan təyyarəni qaçırmağa və ABŞ-da 2001-ci ilin 11 sentyabrında törədilən terror aktına bənzər hadisəyə cəhd göstəriblər”, - MTK-nın məlumatında bildirilib. 

Saxlanılan şəxslər Qazaxıstanın güc strukturlarının hərbi hissələrinə, yüksək vəzifəli əməkdaşlarına və Qazaxıstan Müsəlmanlarının Ruhani İdarəsinin nümaynədələrinə hücum planlayırdılar. 

Hazırda “terrorizmin təbliğatı” və “terror qrupun fəaliyyətinin təşkili və iştirak” maddəsi üzrə araşdırma aparılır. 


ucarliyiq.biz