» » ABŞ-da antibakterial sabunlar qadağan edildi

ABŞ-da antibakterial sabunlar qadağan edildi

ABŞ-da antibakterial sabunlar qadağan edildi

ABŞ-ın Ərzaq və Dərman İdarəsi (FDA) antibakterial sabunların istehsal və satışını qadağan edib.

Ucarliyiq.biz xəbər verir ki, buna səbəb həmin sabunların xeyrindən çox zərərinin olmasıdır.

Bundan başqa qeyd edilir ki, istehsalçı firmalar sabunların bakteriya və mikrobları məhv etməsinin digər məhsullara nisbətən daha fəal olmasını sübut edə bilmir.

İdarənin direktoru Canet Vodkokun sözlərinə görə, araşdırmalarda antibakterial sabunların daha zərərli olduğu sübut edilib:

“Ona görə də antibakterial sabunlar adi sabunlardan heç də fərqlənmir və bunu 5 ildir ki, deyirik”.

ucarliyiq.biz