» » “Google”un yeni loqosu oğurluqdur (FOTO)

“Google”un yeni loqosu oğurluqdur (FOTO)

“Google”un yeni loqosu oğurluqdur (FOTO)

Dünyanın ən böyük virtual axtarış sistemlərindən olan "Google"un yeni loqosunun oğurluq olduğu iddia olunur. Ucarliyiq.biz xəbər verir ki, yeni loqonun rus əslli web-dizayner Denis Kortunov tərəfindən dizayn edildiyi bildirilir.
“Google”un yeni loqosu oğurluqdur (FOTO)

Kortunovun və "Google"un loqoları
İddianı yayan “DailyTech” saytı Kortunovun 2008-ci ildə hazırladığı loqoda “Google”un minimum dəyişikliklər etdiyini qeyd edib. Xəbərdə həmçinin Denis Kortunovun “Google” şirkətinin əməkdaşı olmadığı xatırladılaraq loqonun iznsiz götürülmüş ola biləcəyi vurğulanıb.
“Google”un yeni loqosu oğurluqdur (FOTO)

Rus dizayner Denis Kortunov
Bu il sentyabrın 1-də dünyanın məşhur virtual axtarış sistemi olan “Google” öz loqosunda dəyişiklik edib. Sistem yeni loqosunda yeni yazı tipindən və daha yumşaq rənglərdən istifadə etməyə başlayıb. Amma bu loqotipdə də şirkət mavi, qırmızı, sarı və yaşıl tonlarını saxlayıb.
“Google”un yeni loqosu oğurluqdur (FOTO)

"Google"un yeni loqosu