» » Xəzərdə hərbi manevrlər keçirilir

Xəzərdə hərbi manevrlər keçirilir

Xəzərdə hərbi manevrlər keçirilir

10 hərbi gəmidən, kater və təchizat gəmilərindən ibarət zərbə qrupları dəniz poliqonlarına gəlib.

Rusiyanın Xəzər donanması “Qafqaz-2016” strateji komanda-qərargah təlimləri çərçivəsində gəmi qruplarını Xəzər dənizinə çıxarıb. 

Ucarliyiq.biz Rusiya KİV-nə istinadən xəbər verir ki, 10 hərbi gəmidən, kater və təchizat gəmilərindən ibarət zərbə qrupları dəniz poliqonlarına gəlib.

Onlar şərti düşmənin gəmi qruplaşmalarını məhv etmək, gəmiləri, neft və qaz hasilatı obyektlərinin müdafiəsi və qanunsuz silahlı qruplaşmaları məhv etmək üzrə tapşırıqlar həyata keçirəcəklər.  

Bundan başqa dənizçilər daxili su yollarının mühafizəsi və müdafiəsi, quldur dəstələrinin geri çəkilməsinin qarşısının alınması, terrorçuların zəbt etdikləri gəmilərin azad edilməsi üzrə tapşırıqlar yerinə yetirəcəklər. 


ucarliyiq.biz