» » Ərdoğan onu təhqir edənləri azad etdi

Ərdoğan onu təhqir edənləri azad etdi

Ərdoğan onu təhqir edənləri azad etdi

Türkiyədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etməkdə ittiham edilərək göz altına alınan bütün vətəndaşlar azad edilib.   

Ucarliyiq.biz “Hurriyet”ə istinadən xəbər verir ki, bu barədə onun vəkili Hüseyn Aydın bəyan edib. 

Qeyd edilir ki, vətəndaşlar ölkə preizdentinin onlara qarşı iddiaları geri götürdükdən sonra azad ediliblər.  

Aydının sözlərinə görə, 10-dan çox saxlanlan şəxs bu qərarın nəticəsində azadlığa buraxılıb. 

Vəkil bildirib ki, hazırda prezident Ərdoğana dair 4 minə yaxın iş icraatdadır. O vurğulayıb ki, daha öncə onların iddiaları geri çəkərək saxlanılanları azad etməyə çağırıblar. 

ucarliyiq.biz