» » Tramp Klintonu 2% səs çoxluğu ilə geridə qoydu

Tramp Klintonu 2% səs çoxluğu ilə geridə qoydu

Tramp Klintonu 2% səs çoxluğu ilə geridə qoydu

Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp demokratların namizədi Hillari Klintonu 2% fərqlə geridə qoyub.

Ucarliyiq.biz CNN-ə istinadən xəbər verir. 

CNN və ORC International-ın sorğusuna görə, sorğuda iştirak edənlərin 45%-i Trampa, 43%-i isə Klintona səs verməyə hazırdırlar. 

Bununla yanaşı, sorğunun nəticələrində namizəd Heri Consona və yaşlıların partiyasından olan Cill Stayna müvafiq olaraq 7% və 2% səslər qeydə alınıb. 

Qeyd edilir ki, bir ay bundan öncə Klinton 8% fərqlə liderlik edirdi, amma bu zaman ərzində milyardçı səsləri bərabərləşdirməyə, hətta irəli çıxmağa belə müvəffəq oldu. 

“Reuters” və “Ipsos”un birgə sorğusunun nəticələrinə görə, Tramp 2016-cı ilin iyulundan bu tərəfə ilk dəfə idi ki, Klintonu seçicilər arasında populyarlıqda geridə qoyub.
 

ucarliyiq.biz