» » Gürcüstanda ərzaq məhsulları bahalaşıb

Gürcüstanda ərzaq məhsulları bahalaşıb

Gürcüstanda ərzaq məhsulları bahalaşıb

Gürcüstanda ərzaqların və spirtsiz içkilərin qiymətləri 1,4% artıb, bu barədə Milli Statistika Xidmətinin “Sakstat” (Qruzstat) saytında məlumat yayılıb. 

Ucarliyiq.biz bu barədə Novosti-Qruziyaya istinadən xəbər verir. 

Bir ay ərzində qiymətlər: nəqliyyat sahəsində - 0,3%, mebel, ev əşyaları, evə qulluq – 0,1%, istirahət, əyləncə, mədəniyyət sahəsində – 0,9%, hotel, kafe və restoran xidməti sahəsində - 0,2%, digər əmtəə malları və xidmətlərdə - 0,3% artıb. 

“Sakstat” bəyan edib ki, avqust ayında iyul ilə müqayisədə qiymətlər: tütün və spirtli içkilərdə - 0,4%, geyim və ayaqqabıda – 0,8%, səhiyyə sahəsində - 0,7%, kommunal xidmətlərdə - 0,2% azalıb. 

Keçən ay ərzində təhsil və rabitə sahəsində qiymətlər dəyişməyib. 

2016-cı ilin avqustunda Gürcüstanda böhran 0,4%-dən ibarət olub. 

BVF 2016-cı ildə Gürcüstanda böhranı 4,3% səviyyəsində  proqnozlaşdırıb. 2016-cı ildə inflyasiya göstəricisi 5%-dir, büdcə isə 4%-ə hesablanıb. 

.
ucarliyiq.biz