» » Aktyor həbs olunmağından DANIŞDI

Aktyor həbs olunmağından DANIŞDI

Aktyor həbs olunmağından DANIŞDI

"Gizlənqaç" filmi ilə bağlı işlər yekunlaşmaq üzrədir.

Ucarliyiq.biz bildirir ki, Filmin baş qəhrəmanı Müşviq Şahverdiyev bildirib ki, artıq hər şey qaydasındadır: "Demək olar ki, film tam hazırdır. Sadəcə montajda kiçik hissələr qalıb. Ondan sonra komandanı yığıb birlikdə izləyəcəyik. Tamaşaçılar əmin olsun ki, tamamilə ailə filmidir. Romantik komediya janrında olan filmə gəlib rahatca baxa bilərsiniz. "Gizlənqaç" filmi digər iki filmimdən mənə daha doğmadır. Özümü bu rolda çox gözəl tapıram, daha rahat hiss edirəm. Çünki kollektiv də gözəldir. Seçimlərimdə yanılmadığıma sevinirəm. Sizə bir şey danışım. Çəkilişlərin birində kloun geyimində küçə səhnəsi üzərində işləyirdik. Polis əməkdaşları yaxınlaşıb məni saxladı. Daha sonra tanıyan kimi hal-əhval tutdular. Çox sağ olsunlar şərait yaratdılar. Filmin qala gecəsini noyabrın ortaları planlaşdırırıq. Sevinirəm ki, bizim kinoteatrlara daxil olduğumuz ərəfədə bir neçə yeni kinoteatr da açılacaq. "Cinema Plus"un dəstəyi ilə böyük işlərə imza atacağıq".

Müşviq Şahverdiyev yeni bombanı partladacağını açıqlayıb: "Çox yaxın zamanda tamaşaçıları sevindirəcəyik. 10 ildən artıqdır gözlədiyiniz və intizarda olduğunuz məsələ öz həllini tapacaq. Qısa zamanda bu məsələni sizə açıqlayacağam".(trend)