» » “DÇ-2018”də qayda pozan azarkeşlərə dair məlumat bazası yaradılacaq

“DÇ-2018”də qayda pozan azarkeşlərə dair məlumat bazası yaradılacaq

“DÇ-2018”də qayda pozan azarkeşlərə dair məlumat bazası yaradılacaq

MDB ölkələrinin Daxili işlər nazirlikləri 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı ərəfəsində qayda pozan-fanatlara dair məlumat bazalarını birləşdirəcəklər.   

Ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə MDB ölkələrinin DİN nazirlərinin Şurasının iclasının yekununda Rusiyanın DİN rəhbəri Vladimir Kolokoltsev söyləyib. Həmin iclasda müvafiq razılaşma imzalanıb. 

“MDB-nin hər bir dövlətində bu qəbildən olan qayda pozuntularına meyilli olan müəyyən sayda şəxslər var, ona görə də biz belə məlumatların mübadləsi üçün səylərimizi birləşdirmək qərarına gəlmişik”, - Kolokoltsev bəyan edib. 

Onun sözlərinə görə, bu addım idman tədbirlərini daha yüksək təhlükəsizlik səviyyəsində keçirməyə imkan yaradacaq.  
Bu qəbildən olan azarkeşlərə dair məlumat bazasını MDB ölkələri ərazisində mütəşəkkil cinayətkarlıqla mübarizənin koordinasiyası üzrə Büro yaradacaq. 


ucarliyiq.biz