» » Roma Papası Bakıya “Hamımız qardaşıq” şüarı altında gələcək

Roma Papası Bakıya “Hamımız qardaşıq” şüarı altında gələcək

Roma Papası Bakıya “Hamımız qardaşıq” şüarı altında gələcək

Roma Papasının Azərbaycana planlaşdırılmış səfəri “Hamımız qardaşıq” şüarı altında həyata keçiriləcək.

Ucarliyiq.biz-ın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Məlumata görə, Roma Papası Fransisk Qafqaza sentyabrın 30-dan oktyabrın 2-dək davam edəcək ikinci apostol səfəri çərçivəsində Gürcüstan və Azərbaycana gələcək.   

““Hamımız qardaşıq” şüarı “Matfeydən İncil”də yer almış kəlamlardan (23,8) və roma-katolik kilsəsinin “bütün insanlar vahid ailənin bir hissəsidir, qardaşlığa və dostluğa şağrılırlar”   təlimindən ilhamlanıb”, - deyə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Məlumatda həmçinin qeyd olunur ki, səfərin loqotipi şüarın mahiyyətini əks etdirir. 

Qeyd edək ki, planlaşdırılan səfər hazırkı papanın sayca 16-cı xarici səfəridir. Səfərin proqramına əsasən, Fransisk sentyabrın 30-da Tiflisə, oktyabrın 2-də isə Azərbaycana səfər edəcək. Roma Papası bu ilin iyununda İrəvana səfər etmişdi.