» » Ərdoğan və Obama İŞİD-ə qarşı müştərək əməliyyatlar keçirəcəklər

Ərdoğan və Obama İŞİD-ə qarşı müştərək əməliyyatlar keçirəcəklər

Ərdoğan və Obama İŞİD-ə qarşı müştərək əməliyyatlar keçirəcəklər

Ankara Vaşinqtonun Suriyanın Rakka şəhərinin İŞİD terror təşkilatının yaraqlılarından azad edilməsi istiqamətində birgə əməliyyat keçirmək haqqında təklifini qəbul etməyə hazırdır. 

Ucarliyiq.biz “Hurriyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. 

“İŞİD-in əsas mərkəzi Rakkadır. ABŞ prezidenti Barak Obama mənə Rakkada bizimlə bərabər nə etmək istədiyini deyib. Bizim tərəfimizdən heç bir problemin olmadığını bildirmişik. Hərbçilərimizin toplanıb bu məsələni necə həll etməyin yollarını müzakirə etmələrini təklif etdim”, - Ərdoğan G20 sammitindən qayıdarkən təyyarədə jurnalistlərə bildirib. 

Ərdoğan əlavə edib ki, Türkiyə regionda mövcud olduğunu göstərməlidir, onun geriyə addım atmağa haqqı yoxdur. 


ucarliyiq.biz