» » Rusiya bu il 15 milyard dollarlıq silah satacaq

Rusiya bu il 15 milyard dollarlıq silah satacaq

Rusiya bu il 15 milyard dollarlıq silah satacaq

Rusiya 2016-ci il ərzində 15 milyard dollar dəyərində silah ixrac etməyi planlaşdırır.

Ucarliyiq.biz RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə “Rosoboroneksport”un baş direktorunun müavini Sergey Qoreslavski deyib.

S.Qoreslavski bildirib ki, “Ötən il olduğu kimi, biz 13 milyard dollar dəyərində silah satmağı planlaşdırırıq. Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin göstəriciləri ilə birlikdə bu rəqəm təqribən 15 milyard dollar təşkil edəcək”.

S.Qoreslavski xatırladıb ki, “Rosoboroneksport” bu il artıq 7 milyard dollar dəyərində silah satıb: “Hər şey plan üzrə gedir”.

ucarliyiq.biz