» » “Avtoriteti” “Range Rover”də belə güllələdilər – VİDEO

“Avtoriteti” “Range Rover”də belə güllələdilər – VİDEO

“Avtoriteti” “Range Rover”də belə güllələdilər – VİDEO

“Facebook”da gürcüstanlı istifadəçilər tərəfindən avtomobilə silahlı hücumu əks etdirən video yayılıb. Hadisənin Gürcüstanda baş verdiyi bildirilir.

Ucarliyiq.biz xəbər verir ki, Avtosfer.az-ın məlumatına görə, video ərazidəki təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. 

“Range Rover” markalı avtomobil sağa dönərkən dilənçi görkəmində bir nəfər maşına yaxınlaşaraq tapançadan atəş açmağa başlayır. Əvvəlcə sərnişinə ardıcıl bir neçə güllə vuran naməlum şəxs daha sonra maşının önünə keçib bir neçə güllə də atır.

Sürücü oradan uzaqlaşmağa çalışsa da, qarşıdakı maşınla toqquşub dayanır. Bunu görən qadın libaslı şəxs sürücüyə də bir güllə vuraraq hadisə yerindən qaçır. Hadisədən sonra sərnişin tərəfdən maşının qapısı açılır və kimsə yerə düşür.

Bildirilir ki, cinayəti törədən şəxs qadın libası geyinmiş kişi olub. Avtomobildə olan şəxslər isə oğru dünyasının tanınmış simaları imiş.

.
ucarliyiq.biz