» » Meksikada polis helikopteri vuruldu: Ölənlər var

Meksikada polis helikopteri vuruldu: Ölənlər var

Meksikada polis helikopteri vuruldu: Ölənlər var

Meksikanın Miçoakan ştatında polis əməliyyatının gedişatında cinayətkar qrupun üzvləri helikopterə atəş açıblar. 

Ucarliyiq.biz “France-Press” agentliyinə istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Silvano Aureoles bildirib. 

Aureoles öz “Twitter” hesabında bildirib ki, helikopter kriminal qruplaşmaların liderlərinin saxlanılması üzrə əməliyyata cəlb edilmişdi. Nəticədə üç polis əməkdaşı və helikopterin pilotu ölüb. 

Hadisənin təfərrüatları bildirilməyib. 

Miçoakan Cənubi Amerikadan ABŞ-a narkotiklərin daşınması üçün əsas ştatlardandır. Bu ştata iki cinayətkar qrup – “Miçoakandan ailə” və 2011-ci ilin əvvəlində “Ailə”dən ayrılmış “Tampliyer ordeninin cəngavərləri” karteli nəzarət edir. Onların arasında nüfuz üçün mübarizə gedir, sonradan bu mübarizəyə “Los-Setas” və “Halisko-Yeni nəsil” kartelləri də qoşulub. 


ucarliyiq.biz