» » “Xaç atası” filmindəki mülk satışa çıxarılıb

“Xaç atası” filmindəki mülk satışa çıxarılıb

“Xaç atası” filmindəki mülk satışa çıxarılıb

Los-Anceles dairəsində yerləşən “Xaç atası” filmindən səhnələrin çəkildiyi Kaliforniya mülkü 195 milyon dollara satışa çıxarılıb.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzeti yazıb.

Söhbət Los-Ancelesin qərbində, məşhur Beverli-Hillz rayonu ərazisində 1925-ci ildə inşa edilən evdən gedir. O, ABŞ ərazisində ən bahalı daşınmaz əmlak obyektlərindən biri hesab edilir. İki hektarlıq sahədə gecə klubu və kinoteatr daxil olmaqla altı tikili yerləşir, yaşayış kompleksi isə 28 yataq otağı və 38 sanitariya qovşağından ibarətdir.

Malikanədə, həmçinin mənzərəli bağlar, iki tennis kortu, hovuz və 400 nəfər üçün nəzərdə tutulmuş qəbul zonası var. Binanın memarlıq elementləri ispan və italyan üslubları ilə uzlaşır.

Mülk son zamanlar ayı 600 min dollara kirayəyə verilib. Onun hazırkı sahibi Leonard Ross tikiliyə görə əvvəlkindən 30 milyon dollar çox pul tələb edir.

Mülkün ən məşhur sahiblərindən amerikanın media-maqnatı və “sarı mətbuatın” qaynağı hesab edilən “Hearst Corporation” holdinqinin təsisçisi Uilyam Herst hesab olunur. Bu mülkdə 1953-cü ildə ABŞ-ın 35-ci prezidenti Con Kennedo və onun arvadı Jaklin bal ayını keçiriblər. Bundan başqa mülk əfsanəvi “Xaç atası” filminin bir neçə səhnəsinin çəkilməsi ilə də məşhurdur.

ucarliyiq.biz