» » Yeni zelandiyalılar Britaniya tacının hakimiyyətindən çıxmaq istəyirlər

Yeni zelandiyalılar Britaniya tacının hakimiyyətindən çıxmaq istəyirlər

Yeni zelandiyalılar Britaniya tacının hakimiyyətindən çıxmaq istəyirlər

Yeni zelandiyalıların əksəriyyəti Britaniya tacının hakimiyyəti altından çıxmaq istəyirlər. 

Ucarliyiq.biz xəbər verir ki, bu barədə sorğunun nəticələrinə istinadən “The Independent” məlumat yayıb. 

Sorğunu “New Zealand Republic” yeni idarəçilik formasının tərəfdarları keçirib. 

Məlumata görə, ölkə sakinlərinin 59 faizi, xarici qüvvələrdən asılı olmayan rəhbərin namizədliyini dəstəkləmək istərdilər. Yeni zelandiyalıların yalnız 34 faizi Böyük Britaniyanın kraliçası II Yelizavetanın ölümündən sonra monarxiyanın qorunmasının tərəfdarıdırlar. 

“The Independent” qeyd edir ki, 2014-cü ildə monarxiyadan imtina tərəfdarlarının sayı yalnız 47 faiz idi. Yeni Zelandiyanın Respublika partiyasının lideri Piter Hemilton sorğunun nəticələrinə dair fikrini bölüşüb.

Onun sözlərinə görə, hazırkı nəticəyə Brexit (Britaniyanın Avropa İttifaqından çıxması), Yeni Zelandiyanın bayrağına dair debatlar və kraliçanın ahıl yaşı təsir edib. 


ucarliyiq.biz